Reklam resmi
Reklam resmi

3000 abonentin qazı KƏSİLƏCƏK

3000 abonentin qazı KƏSİLƏCƏK
Cəmiyyət

Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 3000 abonentin qaz təchizatında fasilə olacaq.

Ajans.az xəbər verir ki, bununla bağlı "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib. Qəsəbə ərazisində 108 mm-lik yeraltı orta təzyiqli qaz xəttində aşkar olunan sızmaların aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq.

Bununla əlaqədar yanvarın 22-də 15:30-dan etibarən qəsəbədə təxminən 3000 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi təmir-bərpa işləri başa çatdırıldıqdan sonra mərhələli şəkildə bərpa olunacaq.

Mövzular:
qaz fasilə

Digər Xəbərlər