ABŞ-Azərbaycan ƏMƏKDAŞLIĞI- Bu sahələrə investisiyalar QOYULACAQ…
“Strateji tərəfdaşlıq nizamnaməsinin hazırlanması ilə bağlı işçi qrupun yaradılması haqqında mən və Prezident Tramp tərəfindən tarixi sənədin imzalanmasından sonra Amerika şirkətləri ilə bizim əməkdaşlığımız heç zaman olmadığı qədər intensivləşib. Biz demək olar ki, həmin sənədi, yəni strateji tərəfdaşlıq xartiyasını yekunlaşdırırıq və ümid edirəm ki, bu, növbəti ay baş tutacaqdır.”
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarının cavabında deyib.
Ümumilikdə, görülən işlər iki ölkə arasında hansı yeni əlaqələrin inkişafına təkan verə bilər?
Məsələ ilə bağlı ekspertlər Ajans.az-a açıqlama veriblər.
Siyasi şərhçi Samir Hümbətov açıqlayıb ki, Azərbaycan-ABŞ arasında bir neçə sahədə əməkdaşlıq məsələsi gündəmdədir. Yeni texnologiyalar, süni intelekt, enerji, hərbi, müdafiə, iqtisadi, siyasi və mədəni sahələrdə əlaqələr gücləndirilir.
Ekspert qeyd edib ki, bu sahələrdə əməkdaşlıqilə bağlı bir sıra sənədlər artıq imzalanıb. Strateji tərəfdaşlıq xartiyası da buna nümunə ola bilər. İki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə şərait yaradır.
Əlavə olaraq da işçi qrupunun fəaliyyəti zamanı ortaya qoyulacaq yeni fikirlərdən də əlavə oluna bilər. İkinci tərəfdən bu əməkdaşlıq müqaviləsinin imzalanmasından sonra Azərbaycana investisiya axınında artım mütləqdir.

ABŞ- Azərbaycan arasında əlaqələr hələ 1994-cü ildən qoyulub. Amerikanın Azərbaycanın neft sektoruna yatırdığı vəsaitin böyük bir hissəsi də bununla bağlı olub.
Samir Hümbətov deyib ki, Amerikanın “Əsrin müqaviləsində” iştirak etməsi və dəstəkləməsi bariz nümunədir.
Gələcəkdə bu yalnız neft sektorunda deyil, qeyri neft sektorunda da özünü göstərəcək. Turizm, yeni texnologiyalar, süni intellekt və başqa sahələrdə özünü göstərəcək. Bu sahələrə böyük investisiyaların qoyulması potensialı var.
Digər tərəfdən gələcək dövrlərdə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi tərəflərin iradəsindən asılıdır. Bu münasibətləri dərinləşdirmək üçün tərəflər səy göstərməlidir. bilər. 907-ci düzəlişin ləğvi önəm daşıyır.
Həmçinin, ABŞ-nin Zəngəzur dəhlizində iştirak etməsi, tərəflər arasında strateji əməkdaşlıq xartiyasının imzalanması və bundan yaranan digər mövzulara maraq göstərilməsi önəmli rol oynayır.
Onun sözlərinə görə, yaxın gələcək üçün artıq bu sahədə bir irəliləyiş görmək mümkündür. Onsuz ABŞ-nin Cənubi Qafqazda əsas strateji tərəfdaşlarından Azərbaycan olub.
Digər ekspert sosioloq Hüseyn İbrahimov da öz fikirlərini bildirib.
Hüseyn İbrahimov açıqlayıb ki, 2007-ci ildə ABŞ ilə aradında Azərbaycan İqtisadi Tərəfdaşlıq müqaviləsi imzalanıb. Müqavilədən sonra və indiyə qədər olan dövr, xüsusilə də son 10 ildə, ABŞ və Azərbaycan arasında 87-dən artıq iqtisadi- hüquqi sənədlər imzalanaraq icra edilməkdədir.
Azərbaycan Cənubi Qafqazda ABŞ ilə iqtisadi əlaqələrdə önəmli rol oynayan ölkədir. ABŞ-nin Azərbaycana qoyduğu investisiyaların həcmi 19 milyardı ötüb. Bunun da 18 milyarda yaxını neft-qaz sektoru sahəsinə, digəri isə qeyri-neft sahələrini əhatə edir.

Ekspert bildirib ki, Azərbaycana idxal prosesində ABŞ 4-cü sıradadır. İxracatda isə, ABŞ-ın 24-cü yerdədir. Bütün onlar göstərir ki, Azərbaycan Cənubi Qafqaz, Postsovet ölkələri və Yaxın-Orta Şərqdə önəmli iqtisadi partnyordur.
Ekspert əlavə edib ki, bütün bu görüşlərin (həmçinin, Davos) mahiyyətində Ermənistan-Azərbaycan münasibətləri uğurla icra edilir. Hazırda ABŞ- Azərbaycan arasında qeyri-neft və qaz sektoru, yükdaşımalar, süni intellekt , yaşıl enerji sahələrində əməkdaşlıq yüksəkdir. Üstəlik bu sahələrə ABŞ-nin investisiyalar qoyması gündəmdədir.