Reklam resmi
Reklam resmi

Çinlə ABŞ arasında QALMAQAL: Görüşə də getmədi

Çinlə ABŞ arasında QALMAQAL: Görüşə də getmədi
Siyasət

Pentaqon rəhbəri Lloyd Austin Çinin müdafiə naziri Donq Canın regionun hərbi liderlərinin toplaşdığı Vyentyanda onunla görüşməkdən imtina etməsindən təəssüflənib.

Ajans.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunur ki, əvvəllər belə çoxtərəfli görüşlər Vaşinqton və Pekin üçün təhlükəsizlik məsələlərini, o cümlədən Çinin Tayvanla bağlı planlarını və Cənubi Çin dənizindəki mübahisələri müzakirə etmək üçün nadir fürsət olub.

“Bu, regiona təsir edir, çünki region həqiqətən bölgədəki iki mühüm oyunçunun, iki mühüm gücün bir-biri ilə danışmasını istəyir. Bu, bütün regiona sülh gətirir”, - Ostin bildirib.

ABŞ müdafiə naziri vurğulayıb ki, Çinin görüşdən imtina etməsinin gələcək üçün heç bir nəticəsi yoxdur və yalnız Pekin niyə yaxşı fürsətdən istifadə etməmək qərarına gəldiklərini izah edə bilər.

author picture
Ajans_az Muxbir
Mövzular:
ABŞ Çin Qalmaqal Görüş

Digər Xəbərlər