Reklam resmi
Reklam resmi

Rubinyan: “Türkiyə ilə münasibət Ermənistan-Azərbaycan münasibətlərinə təsir edəcək"

Rubinyan: “Türkiyə ilə münasibət Ermənistan-Azərbaycan münasibətlərinə təsir edəcək\"
Siyasət

Ermənistan Milli Məclisinin sədr müavini Ruben Rubinyan bildirib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması Ermənistan-Azərbaycan münasibətlərinin inkişafına təsir göstərə bilər.

Ajans.az xəbər verir ki,bu barədə Rubinyan 19 yanvarda parlamentdə jurnalistlərə deyib.

“Bizim mövqeyimiz dəyişməyib: Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması fərqli proseslərdir. Amma təbii ki, eyni bölgədə olduğumuz üçün onlar bir-birinə qarşılıqlı təsir göstərə bilərlər”

O əlavə edib ki, Ermənistan-Türkiyə münasibətlərində irəliləyiş yalnız Ermənistan-Azərbaycan münasibətlərinə zərər verməyəcək, əksinə, kömək edə və yeni impuls verə bilər. Rubinyan xüsusilə Ermənistan-Azərbaycan prosesindəki irəliləyişləri, o cümlədən 8 avqust sülh bəyannaməsini vurğulayıb.

“Ümumiyyətlə, bütün proseslərin müsbət istiqamətdə getdiyini düşünürəm və artıq müəyyən nəticələr görürük. Gələcəkdə daha çox nəticələr də görəcəyik”, – Rubinyan əlavə edib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Ermənistan Azərbaycan Türkiyə

Digər Xəbərlər