Tovuzda dəm qazından zəhərlənənlərin vəziyyəti AÇIQLANDI
17.01.2026-cı il tarixində saat 00:50 radələrində dəm qazı zəhərlənməsi şübhəsilə 4 nəfər (2-i kişi, 2-i qadın) Tovuz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ajans.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, onlara dəm qazı zəhərlənməsi diaqnozu təyin edilib.
Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Mövzular: