Ermənistanda daha bir vəzifəli şəxs işdən azad edildi
Hökumətin çərşənbə günü verdiyi qərara əsasən, Davit Xudatyan Ermənistanın Armavir vilayətinin qubernatoru vəzifəsindən azad edilib.
Ajans.az xəbər verir ki, Xudatyan yanvarın 11-dən yuxarıda adıçəkilən vəzifədə çalışıb və bundan əvvəl Armavir şəhərinin meri olub.
Qeyd edək ki, baş nazir Nikol Paşinyan “Facebook”da Xudatyanın Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri təyin ediləcəyini açıqlamışdı.
Mövzular: