Reklam resmi
Reklam resmi

Venesueladan sonra sıra ONLARDADIR!

Venesueladan sonra sıra ONLARDADIR!
Gündəm

ABŞ müsadirə etdiyi Venesuela neftinin ilk partiyasını 500 milyon dollar məbləğində satıb. Neft satışından əldə edilən gəlir ABŞ-ın nəzarətində olan bank hesablarında saxlanılır və bu hesabların əsas mərkəzi Qətərdədir.

Dünya bazarında neftin qiyməti necə dəyişəcək? 

Mövzu ilə bağlı siyasi şərhçi Əziz Əlibəyli Ajans.az-a açıqlama verib. 

O bildirib ki, ABŞ-nin bu siyasəti müstəmləkə sayılır. Artıq torpağın işğal altında olmağına ehtiyac yoxdur. Bu sanksiyalar hegemonluğu nümayiş etdirir. Bir ölkənin prezidentini həbs edərək, onu müasir formada müstəmləkəyə salmaq deməkdir. Onsuz, Qətərdəki valyutaların çoxu ABŞ-nin nəzarətindədir. 

Onun sözlərinə görə, neft satışında da dalğalanmaya hazır olmaq lazımdır. Qiymətlərin 53 dollara qədər düşməsi gözləniləndir. Həm də georisklərin artmasına səbəb olur. Bu siyasətin digər ölkələrdə tətbiq edilməsi bazar siyasətinin güclənməsinə gətirib çıxaracaq. 

Əziz Əlibəyli qeyd edib ki, ABŞ enerji ehtiyatları çox olan ölkələri növbə ilə ələ keçirir. Növbəti mərhələdə Qrenlandiya , İran, Qəzza məsələsi, Rusiya, Suriyadakı neft yataqları dayanır. Bu həmin ölkələr üçün xəbərdarlıq siqnalıdır.

author picture
Zərif Sofiyeva
Mövzular:
ABŞ Neft satışı Əziz Əlibəyli

Digər Xəbərlər