Reklam resmi
Reklam resmi

Xocalıda yanğına səbəb olan şəxs saxlanılıb - FOTO

Xocalıda yanğına səbəb olan şəxs saxlanılıb - FOTO
Hadisə

Yanvarın 13-də Xocalı rayon Dağyurdu kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

Ajans.az xəbər verir ki, bununla bağlı DİN Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Araşdırmalar nəticəsində yanğının Xocalı rayonundakı fermalardan birində çoban işləyən, 1977-ci il təvəllüdlü Babaxan Əhmədovun siqaret kötüyünü yerə atması nəticəsində baş verdiyi məlum olub.

Hadisə nəticəsində ümumilikdə 5 hektar sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

B. Əhmədov barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Mövzular:
yanğın saxlanılan

Digər Xəbərlər