"Real"ın qapıçısı karyerasını Premyer Liqada davam etdirə bilər
İspaniya təmsilçisi "Real"ın (Madrid) qapıçısı Andrey Lunin karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Ajans.az xəbər verir ki, ukraynalı qolkiperin xidmətində "Tottenhem", "Brayton" və "Nottinqem" klubları maraqlıdır.
Qeyd edək ki, 26 yaşlı Andrey Lunin 2018-ci ildən "Real"ın şərəfini qoruyur. Onun "kral klubu" ilə olan müqaviləsinin müddəti 2030-cu ildə başa çatacaq.
"Transfermarkt" portalı Luninin bazar dəyərini 15 milyon avro olaraq qiymətləndirir .
Mövzular: