Bank kartından oğurluq edən şəxs SAXLANILDI
Səbail rayonu ərazisində bir nəfərin bank kartından 440 manat pul oğurlanıb.
Ajans.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Polisə müraciət edən zərərçəkən kartını məlumatları ilə birgə dostuna etibar etdiyini, sonradan isə həmin şəxsin pulu öz hesabına köçürdüyünü bildirib.
Səbail Rayon Polis İdarəsinin 8-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı O.Mustafayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: