Reklam resmi
Reklam resmi

"Fuad Nəcəfli Naxçıvana nə verdi" Foto-fakt

\"Fuad Nəcəfli Naxçıvana nə verdi\" Foto-fakt
Gündəm

Naxçıvan üçün "itirilmiş vaxt", strateji baxımdan boşa gedən mərhələ

Ajans.az xəbər verir ki, dünən - dekabrın 22-si Fuad Nəcəflinin Naxçıvana səlahiyyətli nümayəndə təyin edilməsinin üçüncü ildönümdür. Sözün həm romantik, həm də məcazi mənasında, yaşasaydı, 3 ili tamam olacaqdı. Bəs, Nəcəfli Naxçıvanda necə xatırlanır, o, daha çox hansı məziyyətləri ilə yadda qaldı? Ümumilikdə, ona göstərilən böyük etimadı doğrultmayan, Naxçıvanın inkişaf proqramını icra edə bilməyən, yarıtmaz kadr islahatları həyata keçirən sabiq nümayəndə elə bu səbəblərə görə də 3 il belə vəzifədə qala bilməyərək antirekort qırdı.

Sosial şəbəkələrdə bu günlərdə “Fuad Nəcəfli Naxçıvana nə verdi: İslahat, yoxsa çöküş” başlıqlı sorğu keçirilib. Sorğuda Naxçıvan sakinləri qeyd edilən məqamlara diqqəti çəkiblər. Yazılanları olduğu kimi təqdim edirik:

Elnur Novruzov:

100 illərin Duz mədəni bağlandı,sürücülük məktəbi bağlandı, 60-70 manata alınıb istifadə edilən hörgü qumu 100 faizdən çox qalxaraq 190-200 manat oldu.Naxçıvan tarixinin ən əxlaqsız dönəmini yaşadı.

Ramiz Babayev:

O gedəndə gərək o gələndən sonra əmələ gələn göbəyi açıqları, başqa rayonlardan gəlib barlarda işləyənləri də, öz qayıtdığı təyyarə ilə geri aparsaydı yaxşı olardı.

 Ülvi Qurbanov:

Nəcəflinin qısa sürən (2 il 11 ay) rəhbərliyi əsasında bütün Naxçıvan əhalisində yaranmış əsaslı narazılıqları və Naxçıvan şəhərinin bərbad vəziyyətə qoyması danılmaz faktdır.

Aslan Səfərov:

Fuad Nəcəfli Naxçıvana bar-restoran, əxlaqsızlıq və avaraçılıq, işsizlikdən başqa heç nə vermədi.

Abbasəli İsmayılıov:

Domino “azadlığı” verdi ki, gedin oynayın başınız qarışsın... Çayxanalarda elə domino çırpırdılar ki, dedim bəlkə Fuad “müəllim” çempionat sözü də verib...

Mehdi Abbasov :

Naxçıvanın anasını ağlatdı, baş üstə çevirib getdi.

Nahid Cabbarov:

Heç nə vermədi. otellər açıldı, fahişəxanalar çoxaldı,

Pənah Səfərov:

Ne verdisə özunə verdi, var-dövlət, qohumlarına vəzifə. Naxçıvan əhalisinə də əzab-əziyyət. Özünü elə aparırdı elə bil ölkənin sahibidir.

Bəxşiş Hüseynəliyev:

O, Naxçıvana heç nə vermədi. Naxçıvanı tanımayan, burda yaşayıb, əhalimizin problemlərini birlikdə yaşamayan və idarəçilikdən xəbəri olmayan birindən heç nə gözləmək olmaz. Mən bunu o təyin olunanda demişdim.

Nizami Ağammədov:

100-dən çox iş yeri bağlandı onun sayəsində . Naxçıvanda Masazır duzu satılır, Naxçıvan duzu yoxa çıxıb ...

Nəsimi Mürşüd:

Fuad Naxcıvana gələndən bar-kafelərin sayı durmadan artdi. Harda əxlaqsızlar var idi daşıdı tökdü Naxcıvana

İmran Əliyev:

FN...Naxçıvana kasıbçılıq, rüsvayçılıq, rüşvətxorluq,dələduzluq,hüquqsuzluq, biabırçılıq ,işsizlik və sairə verərək naxçıvanlılara düşmənçilik edərək yığdığını da sərbəst şəkildə apardı.

Arzu Həsənova:

Nə verdi? İşsizlik, özbaşınalıq, əxlaqsız yuvalarının açılmasını, artmasını... Kimsəni qəbul etməməsi, problemlərini həll etməməsi, idarələrin başlı-başınalığını, şəhərin pis günə qalmasını və saymaqla qutarmıyan məsələlər . Ta nə verəcək?! Özü yığdı, villalar, mülklər aldı getdi. Ta nə olsun?

Raci Abbasov:

Fuad bəy doğma kəndi ücün çox böyük işlər görüb,sağ olsun

Murad Nəcəfov:

 Valah, bu keçən 3 ili gözdən keçirəndə ortada bir şey yoxdu. Yaxşı elə çoxlu barlar açıldı bakıdan qızlar falan gətirib tökdülər buralara. İşsizlik isə ön planda. Hamı axışdı getdi Türkiyəyə, Gürcüstana fəhləliyə. Nə bilim, dəyən qara camaata dəyir.

Süni intellektdən də bu barədə soruşduq: “Vəzifə və səlahiyyətlər böyük idi, amma hiss olunan dəyişikliklər buna uyğun olmadı. Kadr siyasəti şəffaf deyildi. Onun fəliyyəti tədbirlər, görüşlər, protokol xarakterli işlərlə yadda qaldı. Onun dövrü Naxçıvan üçün “itirilmiş vaxt”, strateji baxımdan boşa gedən mərhələ olub. Nə iqtisadi sıçaryış, nə də idarəetmədə ciddi irəliləyiş baş verməyib,-deyə “ChatGPT” bildirir.

Məsələyə münasibət bildirən sosial şəbəkə istifadəçilərinin bir qismi isə Nəcəflinin Naxçıvana azadlıq (!) gətirdiyini yazıblar. Əksəriyyət isə düşünür ki,onun bu tezlikdə vəzifəsini itirməsinin əsas səbəbi peşəkar və sədaqətli komanda yığa bilməməsi, ətrafına topladıqlarının onu aldatması, yalan məlumatlar verməsidir...

 

Mövzular:
Naxçıvan "itirilmiş vaxt" Fuad Nəcəfli

Digər Xəbərlər