Səudiyyə Ərəbistanında nadir hadisə – Səhraya qar yağdı
Səudiyyə Ərəbistanında qeyri-adi hava şəraiti müşahidə olunub-ölkənin bir sıra bölgələrində qar yağıb, hətta səhrada belə qar yığınları əmələ gəlib.
Ajans.az xəbər verir ki, yerli sakinlər nadir təbiət hadisəsini heyranlıqla qarşılasalar da, kəskin soyuq, yollarda buzlanma və nəqliyyatda yaranan çətinliklərdən şikayətlənirlər.
Hava şəraitinin pisləşməsi ilə əlaqədar paytaxt Ər-Riyadda məktəblər müvəqqəti olaraq distant tədris rejiminə keçirilib.
Mövzular: