Reklam resmi
Reklam resmi

Əli Əsədov Monteneqro XİN rəhbəri ilə görüşdü

Əli Əsədov Monteneqro XİN rəhbəri ilə görüşdü
Siyasət

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 20-də Monteneqro Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç ilə görüşüb.

Ajans.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetindən məlumat verilib. Görüşdə Azərbaycan-Monteneqro münasibətlərinin bir çox sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə tərəfindən göstərilən qarşılıqlı dəstək vurğulanıb.

Söhbət zamanı Azərbaycan ilə Monteneqro arasında ticarət-iqtisadi, investisiyaların təşviqi, energetika, humanitar, turizm və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Mövzular:
görüş

Digər Xəbərlər