Reklam resmi
Reklam resmi

Nəsimidə oğurluq edən 4 nəfər saxlanılıb SAXLANILIB

Nəsimidə oğurluq edən 4 nəfər saxlanılıb SAXLANILIB
Kriminal

Nasimi rayonunda silsilə oğurluq hadisələri qeydə alınıb.

Ajans.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Rayon ərazisində yerləşən mağazaların birindən 337 manat oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən V.Salmanov və A. Xələfov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, A.Xələfov digər tanışları V.Nəsirov və S.Hüseynovla da əlbir olaraq daha bir mağaza və kafedən oğurluqlar edib.

Nəticədə həmin şəxslər zərərçəkənlərə ümumilikdə 1000 manata yaxın maddi ziyan vurublar. Digər iki şəxs də polis əməkdaşları tərəfindən saxlanılıb.

Mövzular:
oğurluq

Digər Xəbərlər