Sərnişin avtobusu ana və övladını VURUB
Qubada sərnişin avtobusu ana və övladını vurub.
Ajans.az xəbər verir ki, hadisə Quba şəhərinin Heydər Əliyev prospektində baş verib.
Quba-Xaçmaz marşrutu ilə hərəkət edən avtobus 27 yaşlı İsrafilova Əminə Sahib qızını və onun azyaşlı övladını vurub. Xəsarət alan qadın və övladı Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qadını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: