Reklam resmi
Reklam resmi

Fermerlərdən ŞİKAYƏT- subsidiya ala BİLMİRLƏR

Fermerlərdən ŞİKAYƏT- subsidiya ala BİLMİRLƏR
Hadisə

Azərpambıq ASC-nin Bərdə filialına pambıq təhvil verən fermerlər subsidiya ödənişlərini ala bilmədiklərini bildirirlər.

Ajans.az-ın əldə etdiyi məlumata əsasən, məhsul zavoda təhvil verilsə də, subsidiyaların ödənilməsində gecikmə müşahidə olunur.

Məsələ ilə bağlı Azərpambığın Bərdə filialından bildirilib ki, yaranmış problem zavodun səlahiyyətlərinə aid deyil. Qeyd olunub ki, subsidiya ödənişləri Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətinə daxildir və məsələ ilə bağlı aidiyyəti quruma müraciət olunmalıdır.

Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) Bərdə rayon şöbəsindən fermerlərə  bildirilib ki, subsidiya ödənişlərində yaranan gecikmə texniki xarakterlidir. Problemin aradan qaldırılması istiqamətində işlər aparılır.

Hazırda texniki problemin nə vaxt tam həll ediləcəyi və subsidiya ödənişlərinin hansı tarixdə bərpa olunacağı ilə bağlı konkret vaxt açıqlanmayıb. Fermerlər isə problemin tezliklə aradan qaldırılmasını və subsidiya vəsaitlərinin ödənilməsini gözləyirlər.

author picture
Zərif Sofiyeva
Mövzular:
Azərpambıq ASC-nin Bərdə filialı fermerlər subsidiya ödənişləri

Digər Xəbərlər