Reklam resmi
Reklam resmi

Moskvada Azərbaycan vətəndaşının qətlinin üstü açılıb

Moskvada Azərbaycan vətəndaşının qətlinin üstü açılıb
Kriminal

Moskvada müstəntiqlər və polis şəhərin cənubunda dərədə cəsədi tapılan Azərbaycan vətəndaşının qətlinin üstünü açıblar.

Ajans.az xəbər verir ki,bu barədə mk.ru saytı məlumat yayıb.

Məlumata görə, 53 yaşlı meyvə satıcısı şənbə günü gecə Borisovskie Prudy küçəsi yaxınlığında bıçaq yaraları ilə tapılıb. Onu xilas etmək cəhdləri uğursuz olub.

Mərhumun tanışı qətldə şübhəli bilinərək saxlanılıb. Rusiya Federasiyası İstintaq Komitəsinin (GSU SKR) Moskva üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti bildirib ki, müstəntiqlər bu gün məhkəməyə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatət qaldırıblar.

author picture
Leyla Bayandurlu
Mövzular:
Azərbaycan Rusiya

Digər Xəbərlər