Reklam resmi
Reklam resmi

Prezident Qazaxıstan ilə mühüm sazişi TƏSDİQLƏDİ

Prezident Qazaxıstan ilə mühüm sazişi TƏSDİQLƏDİ
Siyasət

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i təsdiqləyib.

Ajans.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycanın Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Sənədə əsasən, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qazaxıstan Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Mövzular:
Qazaxıstan Fərman

Digər Xəbərlər