Reklam resmi
Reklam resmi

Vəzifəli şəxs CƏRİMƏLƏNDİ

Vəzifəli şəxs CƏRİMƏLƏNDİ
Cəmiyyət

Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta bazarının iştirakçısı olan "Eliko" MMC-nin vəzifəli şəxsini cərimələyib.

Ajans.az xəbər verir ki, bununla bağlı AMB-dən məlumat verilib.

Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu üzə çıxıb. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.1.4-cü maddəsinə əsasən "Eliko"nun vəzifəli şəxsi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə 10 000 cərimə edilib.

Mövzular:
AMB cərimə

Digər Xəbərlər