Reklam resmi
Reklam resmi

Narkotikin təsiri altında avtomobil İDARƏ ETDİ- HƏBS OLUNDU

Narkotikin təsiri altında avtomobil İDARƏ ETDİ- HƏBS OLUNDU
Kriminal

Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı "Fiat" markalı avtomobilin sürücüsü Kamal Məmmədov manevretmə qaydasını pozduğu üçün ona "saxla" işarəsi verilib.

Ajans.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı K.Məmmədovun sürücülük hüququnun olmadığı müəyyən edilib və hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib. Nəticədə sürücünün marixuana istifadə etdiyi üzə çıxıb.

Həmin şəxs barəsində toplanmış materiallar məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə o, bir ay müddətinə inzibati qaydada həbs olunub.

Mövzular:
Ağdaş narkotik sürücü

Digər Xəbərlər