Reklam resmi
Reklam resmi

Ukraynada həlak olan Raciv Hüseynovun yaxınları AXTARILIR

Ukraynada həlak olan Raciv Hüseynovun  yaxınları AXTARILIR
Cəmiyyət

Ukrayna ərazisində gedən hərbi əməliyyatlarda Rusiya ordusunun tərkibində iştirak edən Azərbaycan vətəndaşı Hüseynov Raciv Əlisafa oğlunun həlak olduğu bildirilir.

Ajans.az-ın əldə etdiyi məlumata görə, mərhumun meyiti hazırda Rostov vilayətində yerləşən morqda saxlanılır. Hüseynov Raciv Əlisafa oğlunun şəxsiyyətinin dəqiqləşdirilməsi və yaxınlarının tapılması istiqamətində aidiyyəti qurumlara məlumat verilib.

İlkin məlumatlara əsasən, həlak olan şəxsin Bakı şəhəri, Sabunçu rayonu, Məştağa qəsəbəsində yaşadığı ehtimal olunur.

author picture
Zərif Sofiyeva
Mövzular:
Hüseynov Raciv Əlisafa oğlu Yaxınlar Axtarış

Digər Xəbərlər