Reklam resmi
Reklam resmi

“Arsenal” uduzdu, “Liverpul” əlavə vaxtda qələbəni əldən verdi

“Arsenal” uduzdu, “Liverpul” əlavə vaxtda qələbəni əldən verdi
İdman

Futbol üzrə İngiltərə Premyer Liqasında XV tura start verilib.

Ajans.az  xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçirilib.

Lider “Arsenal” səfərdə “Aston Villa”ya 1:2 hesabı ilə uduzub. İkinci pillədə qərarlaşan “Mançester Siti” öz meydanında “Sanderlend”in qapısından 3 cavabsız qol keçirib. “Çelsi” – “Bornmut” görüşündə qapılara qol vurulmayıb.

Günün son matçında bu mövsüm qeyri-sabit çıxışı ilə diqqət çəkən “Liverpul” “Lids”in qonağı olub. Mersisayd klubu hesabda öndə olmasına baxmayaraq, əlavə vaxtda qələbəni əldən verib - 3:3.

Digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:

“Everton” – “Nottingem” - 3:0

“Nyukasl” – “Börnli” - 2:1

“Tottenhem” – “Brentford” - 2:0

Qeyd edək ki, turun digər oyunları dekabrın 7-də və 9-da keçiriləcək.

Mövzular:
İngiltərə Premyer Liqası “Arsenal” “Liverpul”

Digər Xəbərlər