Reklam resmi
Reklam resmi

Ləman Qulamova komadan AYILDI

Ləman Qulamova  komadan AYILDI
Cəmiyyət

Yasamaldakı yanğında ağır xəsarət alan Ləman Qulamovanın vəziyyəti açıqlanıb.

 Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Ajans.az-ın  sorğusuna cavab olaraq bildirilib ki, 2000-ci il təvəllüdlü şəxsin Yeni Klinikanın Reanimasiya şöbəsində müalicəsi davam etdirilir. 

“Hazırda pasiyentin vəziyyəti ağır stabildir. Xəstə koma vəziyyətindən çıxıb,  süni tənəffüs aparatından ayrılıb, huşu açıqdır və adekvatdır. Bununla belə, yüksək axımlı oksigen müalicəsi ilə tənəffüs dəstəyi davam etdirilir. 

Tənəffüs patterni (xəstənin nəfəs alıb-vermə tərzinin xarakteri) hələlik tam normallaşmadığından, intensiv müayinə və müalicə tədbirləri planlı şəkildə davam etdirilir”, - məlumatda qeyd edilib.

Qeyd edək ki, Yasamalda yaşayış binasında baş vermiş yanğında 3 nəfər həyatını itirib, 27 nəfər isə xəsarət alıb. Yanğın zamanı həlak olanlardan Bakı Milli Geyim Evinin rəhbəri  Könül Hümbətova Ləmanın anasıdır.

Mövzular:
Ləman Qulamova Koma Ayılma

Digər Xəbərlər