Reklam resmi
Reklam resmi

Cəlilabadda yanğın başladı - Video

Cəlilabadda yanğın başladı - Video
Hadisə

Cəlilabad rayonunda yanğın başlayıb.

Ajans.az xəbər verir ki, alov su-bataqlıq ərazisində yerləşən ovçuluq təsərrüfatının qamışlıq və quru ot örtüyündə başlayıb.

Küləyin təsiri ilə yanğın sürətlə genişlənib və tüstü bir neçə kilometr məsafədən görünür.

Əraziyə Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hazırda alovun ətraf ərazilərə yayılmaması və lokallaşdırılması istiqamətində tədbirlər görülür.

Hadisənin səbəbi araşdırılır.(Mənbə: Qafqazinfo)

Mövzular:
Cəlilabad yanğın

Digər Xəbərlər