Emin Ağalarov əkizlərini belə təbrik etdi - VİDEO
Xalq artisti Emin Ağalarov əkiz oğulları Mikayıl və Əlini doğum günləri münasibətilə təbrik edib.
Ajans.az xəbər verir ki, sənətçi sosial media hesabında övladlarının uşaqlıq illərinə aid arxiv görüntülərdən ibarət xüsusi video paylaşaraq onların bu gününü qeyd edib.
Səmimi kadrlarla müşayiət olunan videoya Emin ürəkdolusu sözlər də əlavə edib. O, paylaşımında “Ad gününüz mübarək, mənim fəxrlərim və övladlarım” sözlərini yazaraq ata kimi duyğularını ifadə edib.
Qeyd edək ki, Emin Ağalarovun əkiz oğulları ilə yanaşı, Əminə və Afina adlı iki qız övladı da var. Sənətçi tez-tez uşaqları ilə bağlı paylaşımlar edir.
Bu gönderiyi Instagram'da gör
Mövzular: