Reklam resmi
Reklam resmi

Gürcüstan 44 əcnəbini deportasiya edib- Azərbaycanlılarda var

Gürcüstan 44 əcnəbini deportasiya edib- Azərbaycanlılarda var
Siyasət

Son günlər ərzində Gürcüstandan 44 nəfər əcnəbi deportasiya edilib.

Ajans.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentindən bildirilib.

Həmin şəxslər Türkiyə, Azərbaycan, İran, İordaniya, Pakistan, Çin, Rusiya, Ermənistan, Nigeriya, Türkmənistan, Qana, İraq, Yəmən, Misir və Livan vətəndaşlarıdır. Yerli qanunvericiliyə uyğun olaraq, Gürcüstandan qovulan əcnəbilərin ölkəyə girişi qadağan edilib.

Məlumatda qeyd olunub ki, son bir ay ərzində Gürcüstandan deportasiya olunmuş xarici ölkə vətəndaşlarının sayı 152 nəfər təşkil edib.

Mövzular:
deportasiya əcnəbilər

Digər Xəbərlər