Reklam resmi
Reklam resmi

Azərbaycan diasporunun fəalı VƏFAT ETDİ

Azərbaycan diasporunun fəalı VƏFAT ETDİ
Siyasət

Ukraynada Azərbaycan diasporunun fəalı, arxitektor və keçmiş siyasi xadim Nazim Mirzə oğlu Binnətov vəfat edib.

Ajans.az xəbər verir ki, 70 yaşlı azərbaycanlı İvano-Frankovskda uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Əslən Azərbaycanın Tovuz rayonundan olan N.Binnətov 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində Qərbi Ukraynada fəal siyasi hərəkatda da olub.

O, İvano-Frankovsk Azərbaycanlıları Konqresinin qurucusudur.

İvano-Frankovsk Azərbaycanlıları Konqresinin sədri Mətləb Nəcəfov bildirib ki, mərhumun nəşi dəfn olunmaq üçün Azərbaycana, Tovuz rayonuna göndərilib.

Mənbə/Report

Mövzular:
Ukrayna Nazim Binnətov

Digər Xəbərlər