Təxirə salınan oyun bu gün keçiriləcək
Azərbaycanın qadınlardan ibarət U-19 millisi Avropa çempionatının seçmə mərhələsində 2-ci oyununa çıxacaq.
Ajans.az xəbər verir ki, yığmamız səfərdə Şimali Makedoniya ilə qarşılaşacaq.
Sözügedən matç ötən gün keçirilməli idi. Lakin görüş əlverişsiz hava şəraiti və "Mladost" stadionunun meydançasının yararsız vəziyyətdə olması səbəbindən bu günə təxirə salınıb.
Mövzular: