Reklam resmi
Reklam resmi

Eduard Məmmədov 2 qızıl medal QAZANDI

Eduard Məmmədov 2 qızıl medal QAZANDI
İdman

Eduard Məmmədov 21-30 noyabr tarixlərində 2 qızıl medal qazanıb.

Ajans.az xəbər verir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı, Azərbaycan kikboksinq Fedarasiyasının vitse-prezidenti dəfələrcə Dünya və Avropa çempionu  Eduard Məmmədov 21-30 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən Kikboksinqin WAKO versiyası üzrə Dünya çempionatına "Master Class"Kateqoriyasında 63 kq çəki dərəcəsində 2 versiya vuruşaraq 2 qızıl medal qazanıb.

Light Contact növündə Böyük Britaniyanın SINGH GURMARE, Portuqalianın Cortes Emanuel, İtaliyanın SGRO SIMONE CALOGERO, Kick Light növündə "İsveçin AHLVARSSON OLA, Canadanın GALLANT BENJAMIN, İtaliyanın SGRO SIMONE CALOGERO" idmançılarına Qalib gələrək Ümümən Wako üzrə 10 cu dəfə Dünya çempionu olub.

Eduard Məmmədov mediaya açıqlamasında bildirib ki, "bu qələbəmi Şəhidlərimizə həsr edirəm Allah Şəhidlərimizə Rəhmət Eləsin! Qazilərimizə can sağlığı versin!

Basda Suraxanı rayon icra başçısı, Azerbaycan kikboksinq Federasiyasının Fəxri prezidenti Cənab Adil Əliyev və Azərbaycan Kikboksinq Federasiyasının prezidenti cənab Orxan Əliyevə teşekkurlerimi bildirirem.

Azərbaycan respublikası gənclər və idman nazirliyine təşəkkürlərimi bildirirəm"-deyə, qeyd edib.

Mövzular:
Eduard Məmmədov qızıl medal

Digər Xəbərlər