Reklam resmi
Reklam resmi

Əziz Orucov AZADLIĞA ÇIXDI

Əziz Orucov AZADLIĞA ÇIXDI
Gündəm

"Kanal 13" internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucov azadlığa çıxıb.

Ajans.az xəbər verir ki, Ə.Orucovun cəzası bu gün başa çatıb. Televiziya rəhbəri cəza çəkdiyi Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsindən azad edilib.

Xatırladaq ki, Əziz Orucov 2023-cü il noyabrın 27-də Səbail Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilmişdi.

O, Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə ittiham edilmişdi.

Mövzular:
Əziz Orucov Kanal 13 televiziya

Digər Xəbərlər