Şəkidə qəzada bir yaşlı körpə XƏSARƏT ALDI
Şəkidə "Toyota" markalı avtomobildə qəzaya düşənlərin kimliyi məlum olub.
Ajans.az xəbər verir ki, rayonun Cəyirli kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı qəzaya düşən üç nəfər bir ailənin üzvləridir. Qəza zamanı xəsarət alanlar sürücü Firqət Haşimov, bir yaşlı qızı A.Haşimova və F.Hüseynovun yaxın qohumu Nərmin Rzayeva olub.
Məlumata görə, qəzaya düşənlərin hamısı Oğuz rayon sakinləridirlər. Onlar Oğuz rayonundan Goranboya xəstə ziyarətinə gedirmişlər.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: