Reklam resmi
Reklam resmi

Fəzail Ağamalının nəvəsi xristianlığı qəbul edib? Deputat qızının görüntüləri müzakirəyə səbəb oldu

Fəzail Ağamalının nəvəsi xristianlığı qəbul edib? Deputat qızının görüntüləri müzakirəyə səbəb oldu
Gündəm
381

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının qızı deputat Günay Ağamalı ilə bağlı yeni iddia müzakirələrə səbəb olub.

Tiktok platformasında paylaşılan videoda bədənində tatular, boynunda xaç asılan gəncin Günay Ağamalının qızı olduğu iddia edilib. Bu barədə sosial şəbəkələrdə geniş xəbərlər yayılıb, sərt tənqidlər paylaşılıb.

Ajans.az xəbər verir ki, İstifadəçilər xüsusilə Fəzail Ağamalının ailə dəyərləri barədə çıxışlarını, eləcə də onun Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri komitəsinin, həmçinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü olmasına diqqət çəkirlər.

Deputat Günay Ağamalı mediaya açıqlamasında görüntülərdəki şəxsin onun qızı olmadığını, sadəcə bu şəxsin onun qızına bənzədiyini bildirib. Qeyd edək ki, video paylaşım ilə bağlı mediada məlumat yayıldıqdan sonra məlum tiktok profil bağlanıb. (Mənbə: Globalinfo)

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Mövzular:
Ana Vətən Partiyası Fəzail Ağamalı Deputat

Digər Xəbərlər