Dəhşətli QƏZA: Xəsarət alan var
Ağcabədi rayonunun Hacıbədəlli kəndi ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ajans.az-ın əldə etdiyi məlumata görə, hadisə Mercedes markalı avtomobilin və VAZ 2107 markalı digər avtomobilin qarşılıqlı toqquşması ilə baş verib. Hadisə yerinə dərhal təcili tibbi yardım ekipajı göndərilib və xəsarət alan şəxs yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisənin səbəbləri və digər təfərrüatları məlum deyil.




Mövzular: