Partlayışda xəsarət alan 5 yaralının vəziyyəti açıqlandı
Bu gün Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdəki partlayışda xəsarət alanların vəziyyətləri açıqlanıb.
Ajans.az xəbər verir ki, partlayış baş verməsi səbəbilə xəsarət alan 5 nəfər KTM-ə hospitalizasiya olunub.
Onlardan 1 nəfərə (kişi) termiki yanıq, 4 nəfərə isə (1-i kişi, 3-ü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin olunub.
Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.
Mövzular: