Reklam resmi
Reklam resmi

Lənkəranda şəhərin bir hissəsi işıqsız QALIB

Lənkəranda şəhərin bir hissəsi işıqsız QALIB
Hadisə

Lənkəranda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ajans.az xəbər verir ki, hadisə şəhərin Mirmustafaxan küçəsində qeydə alınıb.

Belə ki, hadisə zamanı hərəkətdə olan iki "Toyota Prius" markalı avtomobil toqquşub. Nəticədə, avtomobillərdən biri yol kənarındakı elektrik dirəyinə çırpılaraq aşıb.

Qəza nəticəsində 2001-ci il təvəllüdlü Tərlan Bəxtiyar oğlu Həsənzadə xəsarət alıb. O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həmçinin qəza nəticəsində avtomobilin elektrik dirəyini zədələməsinə görə şəhərin bir hissəsi işıqsız qalıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə/Oxu.az

Mövzular:
Lənkəran

Digər Xəbərlər