Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli yanğında həlak oldu
"Milli Geyim Evi"nin rəhbəri Könül Vəlibəyli Yasamalda baş verən dəhşətli yanğında ölüb.
Ajans.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat paylaşıb
Yanğın nəticəsində 1977-ci il təvəllüdlü K.Hümbətova yanğın nəticəsində tüstüdən zəhərlənərək ölüb.
Qeyd edək ki “Bakı Milli Geyim Evi” Könül Vəlibəyli tərəfindən 2008-ci ildə təsis edilib. Onun geyimləri Fransanın paytaxtı Parisdə Azərbaycan Respublikası Səfirliyi nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzində nümayişi olunub.
Xatırladaq ki, yanğın nəticəsində həmçinin 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu ölüb.
Təcili tibbi yardım briqadası tərəfindən 15 nəfərə ilkin tibbi xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.