Reklam resmi
Reklam resmi

Güləşçilərimiz İslamiadada günü 3 medalla başa vurdu

Güləşçilərimiz İslamiadada günü 3 medalla başa vurdu
İdman

Azərbaycan güləşçiləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında günü 3 medalla başa vurublar.

Ajans.az xəbər verir ki, son olaraq bürünc medal uğrunda keçirilən görüşdə qadınlar arasında Nigar Mirzəzadə (68 kq) rəqiblərini üstələyərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Final qarşılaşmalarında uduzan Ruzanna Məmmədova (62 kq) və İslam Bazarqanov (57 kq) isə gümüş medal qazanıblar.

Sərbəst güləşçi Əli Rəhimzadə (65 kq) isə bürünc medal uğrunda qarşılaşmada uğursuz çıxış edib.

Beləliklə güləşçilərimiz günü 2 gümüş, 1 bürünc medalla bitiriblər.

Mövzular:
güləş İslam Həmrəyliyi Oyunları

Digər Xəbərlər