Cloudflare: Saytlara girişlə bağlı yaranmış texniki nasazlıq ARADAN QALDIRILDI
Dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda bəzi saytlara giriş məhdudlaşması ilə bağlı yaranmış texniki nasazlıq aradan qaldırılıb.
Ajans.az bu barədə Cloudflare-nin məlumatına istinadən xəbər verir.
Qeyd edilib ki, düzəliş tətbiq olunub: “Hesab edirik ki, insident həll edilib. Bütün servislərin normal iş rejiminə tam qayıtdığından əmin olmaq üçün səhvləri izləməyi davam etdiririk.”
Mövzular: