Reklam resmi
Reklam resmi

Natiq Əliyev minaya DÜŞDÜ

Natiq Əliyev minaya DÜŞDÜ
Hadisə
912

İşğaldan azad edilən Ağdərə rayonunun ərazisində mülki şəxs minaya düşüb.

Ajans.az-ın əldə etdiyi məlumata görə, hadisə  Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində baş verib.

İlkin məlumatlara əsasən minaya düşən  Bərdə rayon Kələntərli kənd sakini 36 yaşlı Əliyev Natiq Namiq oğludur.  Yaralıya hadisə yerində yaxınlıqdakı şəxslər tərəfindən ilkin tibbi yardım göstərilib və o, dərhal Bərdə Mərkəzi Xəstəxanasına təxliyə edilib.

Hazırda faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

author picture
Zərif Sofiyeva
Mövzular:
Bərdə sakini Ağdam Mina

Digər Xəbərlər