Reklam resmi
Reklam resmi

Mert Çelik: "Mən günahsızam, yenidən Azərbaycan millisinə dəvət almaq istəyirəm"

Mert Çelik: \"Mən günahsızam, yenidən Azərbaycan millisinə dəvət almaq istəyirəm\"
İdman

"Mərc oyunları ilə heç bir bağlılığım yoxdur. İnanıram ki, martda yenidən yığmaya çağırılacağam. Geri dönüb, Azərbaycan millisinə töhfə vermək istəyirəm".

Ajans.az xəbər verir ki, bunu "Report"a müsahibəsində Azərbaycan millisinin sabiq futbolçusu, "Neftçi" və "Səbail" klublarında çıxış etmiş müdafiəçi Mert Çelik Türkiyə futbolunun gündəmini zəbt edən mərc oyunlarında adının hallanması məsələsinə münasibətində bildirib.

O, deyib: "Mən heç bir mərc oyunu oynamamışam. Yaxın zamanda hər şeyin ortaya çıxacağını gözləyirdim. Nəhayət, həqiqət gün üzünə çıxdı. Məni ən çox narahat edən məqam adımın belə bir məsələdə hallanması oldu."

Türkiyəli futbolçu bu məsələdə günahlandırılmasının səbəbini belə izah edib: "Məsələnin səbəbi uşaqlıqda açdığım və mövcudluğundan xəbərsiz olduğum bir hesab idi. Bu hesabdan heç bir mərc edilməyib. Amma sən demə, hesab varsa və heç bir mərc edilməyibsə belə, cəza tətbiq olunur. Mən bunu bilmirdim. Türkiyə Futbol Federasiyası da ən aşağı olan, 45 günlük cəzanı verdi."

Mövzular:
Mert Çelik

Digər Xəbərlər