Hərbçilərin nəşi Türkiyədə Məhkəmə Tibbi Ekspertiza Şöbəsinə aparılıb
Türkiyənin "C-130" tipli hərbi nəqliyyat təyyarəsinin Azərbaycan-Gürcüstan sərhədinə yaxın ərazidə qəzaya uğraması nəticəsində həlak olan 20 hərbçinin nəşi Ankaraya gətirilib.
Ajans.az bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir.
Bildirilir ki, Tbilisidən hərbçilərin nəşini daşıyan "A400M" tipli hərbi yük təyyarəsi Ankara Mürted Hava Limanına endikdən sonra burada mərasim keçirilib. Ardınca nəşlər dəfn avtomobillərinə yerləşdirilərək Məhkəmə Tibbi Ekspertiza Şöbəsinə aparılıb.
Mövzular: