Reklam resmi
Reklam resmi

Bu ərazidə yol nişanlanma işləri aparılır

Bu ərazidə yol nişanlanma işləri aparılır
Cəmiyyət

M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 208 kilometrlik hissəsində nişanlanma işləri həyata keçirilib və təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə müvafiq nişanlar quraşdırılır.

Ajans.az xəbər verir ki, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata əsasən, Quba şəhərinin Heydər Əliyev prospekti, Zəfər, Nəriman Nərimanov və Cəfər Cabbarlı küçələrində də üfüqi nişanlanma xətlərinin yenilənməsi həyata keçirilib. Ümumilikdə 37 kilometrlik ərazidə xətləmə işləri görülüb.

Hazırda yol nişanlanma işləri davam etdirilir.

Mövzular:
Nişanlama işləri nəqliyyat yollar

Digər Xəbərlər