"Nərimanov" stansiyasında çıxışın bağlanma ilə bağlı RƏSMİ AÇIQLAMA
Metronun "Nəriman Nərimanov" stansiyasının çıxışlarından birinin bağlanması ilə əlaqədar rəsmi açıqlama verilib.
Ajans.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov oxu.az-a açıqlamasında çıxışın təmirlə əlaqədar bağlandığını bildirib.
Onun sözlərinə görə, "Nərimanov" stansiyasının dördüncü keçid çıxışında divar üzlüklərinin bərpası işlərinə başlanılıb:
"Təmir müddətində sərnişinlərdən müvəqqəti olaraq beş saylı çıxışdan istifadə etmələri xahiş olunur.
İşlərin noyabr ayının sonunadək tamamlanması nəzərdə tutulur".

Mövzular: