Ərdoğan və Kobaxidze təyyarə qəzası ilə bağlı axtarış-xilasetmə işlərini müzakirə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə telefon danışığı aparıb.
Ajans.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi "X" sosial media hesabında açıqlama yayıb.
Qeyd olunub ki, telefon danışığı zamanı Gürcüstanda qəzaya uğrayan "C-130" hərbi yük təyyarəsi ilə bağlı axtarış-xilasetmə işlərində son vəziyyət müzakirə olunub.
Gürcüstanın baş naziri qəzada həlak olan əsgərlərlə bağlı Prezident Ərdoğana başsağlığı verib.
Türkiyə prezidenti başsağlığı və dəstəyə görə Kobaxidzeyə təşəkkür edib.
Cumhurbaşkanımız Sayın Recep Tayyip Erdoğan, Gürcistan Başbakanı Irakli Kobakhidze ile bir telefon görüşmesi gerçekleştirdi. Görüşmede Gürcistan’da düşen askeri kargo uçağımız ile ilgili başlatılan arama kurtarma çalışmalarındaki son durum ele alındı. Gürcistan Başbakanı,…
— T.C. İletişim Başkanlığı (@iletisim) November 11, 2025