Reklam resmi
Reklam resmi

Azərbaycanın Türkiyədəki səfirliyi başsağlığı verib

Azərbaycanın Türkiyədəki səfirliyi başsağlığı verib
Gündəm

Azərbaycanın Türkiyədəki səfirliyi Türkiyəyə məxsus "C-130" hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Ajans.az xəbər verir ki, bununla bağlı səfirliyin "X" hesabında paylaşım edilib.

"Qardaş Türkiyəyə məxsus "C-130" hərbi təyyarəsinin qəzası xəbəri bizi dərin kədərləndirib. Qəzada həyatını itirənlərə Allahdan rəhmət diləyir, kədərli ailələrinə, yaxınlarına və qardaş türk xalqına dərin hüznlə başsağlığı veririk", - deyə paylaşımda qeyd olunub.

Mövzular:
Türkiyə təyyarə

Digər Xəbərlər