Reklam resmi
Reklam resmi

Hakan Fidan Maka Boçorişvili ilə təyyarə qəzasını müzakirə etdi

Hakan Fidan Maka Boçorişvili ilə təyyarə qəzasını müzakirə etdi
Gündəm

Türkiyənin xarici işlər naziri Hakan Fidanın gürcüstanlı həmkarı Maka Boçorişvili ilə telefon danışığı baş tutub.

Ajans.az xəbər verir ki, bu barədə "Haber Global"a istinadən xəbər verir.

Qeyd edilib ki, telefon danışığı zamanı Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəsinin axtarış-xilasetmə işləri ilə bağlı məlumat mübadiləsi aparılıb. Gürcüstanın xarici işlər naziri Boçorişvili türkiyəli həmkarına başsağlığı verib.

Xatırladaq ki, Türkiyə Milli Müdafiə Nazirliyi Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan "C-130" hərbi yük təyyarəsində uçuş heyətinin və 20 nəfərin olduğunu və axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Mövzular:
Türkiyə Gürcüstan

Digər Xəbərlər