Gürcüstanın naziri Türkiyə təyyarəsinin qəzası baş verən əraziyə GETDİ
Gürcüstanın daxili işlər naziri Gela Geladze Türkiyəyə məxsus təyyarənin qəzaya uğradığı əraziyə gedib.
Ajans.az AZƏRTAC-a istinadən xəbər verir ki, onu birinci müavin Roni Mesxi, Kaxeti bölgəsinin qubernatoru Giorgi Aladaşvili və Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının nümayəndələri müşayiət edirlər.
Qeyd edək ki, təyyarə qəzası Kaxeti bölgəsinin Siqnaxi rayonu ərazisində baş verib.

