Reklam resmi
Reklam resmi

Millimizin üzvü cinayət işi açılan futbolçular ARASINDA

Millimizin üzvü cinayət işi açılan futbolçular ARASINDA
İdman

Türkiyə Futbol Federasiyası (TFF) davam edən araşdırma çərçivəsində mərc oyunlarında iştirakına görə 1024 futbolçunun adını rəsmi olaraq açıqlayıb. Onların arasında Azərbaycan millisinin futbolçusu Mert Çelik də mərc oyunlarında iştirak etməkdə ittiham olunur.

Ajans.az bu barədə yerli mətbuata istinadən xəbər verir.

Super Liqadan adları İntizam Şurasına göndərilən futbolçuların bir qisminin adları bunlardır:

Kerem Kayaarası ("Antalyaspor"), Ersin Destanoğlu və Necip Uysal (hər ikisi "Beşiktaş"ın futbolçularıdır), Enes Keskin, Yusuf Özdemir, Bedirhan Özyurt, İzzet Çelik (hər dördü "Alanyaspor"da çıxış edir), Efe Doğan və Furkan Orak (hər ikisi "Rizespor"), Eren Elmalı, Metehan Baltacı (hər ikisi "Qalatasaray"), Nazım Sangare ("Qaziantep" FK), Muhammet Taha Güneş ("Qaziantep" FK), İzzet Furkan Malak, Uğur Kaan Yıldız ("Göztepe"), Ege Albayrak və Ali Emre Yanar ("Kasımpaşa"), Celil Yüksel ("Samsunspor"), Abdulsamet Burak və Berkan Aslan ("Kayserispor"), Boran Başkan və Salih Malkoçoğlu ("Trabzonspor"), Adil Demirbağ və Alessane Ndao ("Konyaspor") və digər futbolçulardır.

Mövzular:
mərc oyunları

Digər Xəbərlər