VII İslam Həmrəyliyi Oyunları bu ölkədə keçiriləcək
Növbəti İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi ölkə bəlli olub.
Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.
O, VII İslamiadaya 2029-cu ildə Malayziyanın ev sahibliyi edəcəyini bildirib.
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunları hazırda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilir.
Mövzular: