“Mən inanıram ki, biz işğal olunmuş torpaqlara geri qayıdacağıq.” – Heydər Əliyev
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) xalqımızın çoxəsrlik tarixinin ən şanlı səhifələrindən olan 8 Noyabr - Zəfər Günü münasibətilə paylaşım edib.
Ajans.az xəbər verir ki, paylaşımda Ulu Öndərin aşağıdakı sözləri yer alıb.
"Mən inanıram, çox inanıram və əminəm ki, biz Azərbaycan üçün olan bu ağır problemi, bu çətin məsələni həll edəcəyik. Həll edəcəyik. İşğal olunmuş torpaqlar azad olunacaq. İnsanlar öz doğma torpaqlarına qayıdacaqlar. Bu torpaqlarda viran edilmiş, dağıdılmış şəhərlər, qəsəbələr, evlər və insanların yaşaması üçün lazım olan hər bir şey bərpa olunacaq".
Mövzular: